Gədəbəydə qısqanc ər arvadını bıçaqladı

Gədəbəy rayonunun Şahdağ kəndində qadın bıçaqlanıb.
Redaktor.az xəbər verir ki, mübahisə zəminində bıçaq xəsarətləri alan 1993-cü il təvəllüdlü Tahirə İsgəndərova xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta ağır qiymətləndirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, qısqanclıq zəminində hadisəni törətməkdə şübhəli bilinən, qadının əri 1977-ci il təvəllüdlü Mütəllim Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır (report).