10 yaşlı uşağı traktor vurub öldürdü

Şəmkirdə 10 yaşlı uşaq bədbəxt hadisə nəticəsində vəfat edib.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Keçili kəndində qeydə alınıb.
Kənd sakini, 2014-ci il təvəllüdlü Rəvan Əsgərovu traktor vurub. O, aldığı xəsarətdən ölüb.
Faktla bağlı araşdırma aparılır.