Sumqayıtda avtomobil üç piyadanı vurdu - ADLAR

Sumqayıtda 3 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az verir ki, hadisə Zülfü Hacıyev küçəsində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü Əfəndi Nihat Aydın oğlu idarə etdiyi "Chevrolet" markalı avtomobillə piyadalar -1992-ci il təvəllüdlü Mirzəliyeva Günay Nazim qızını, 2013-cü il təvəllüdlü Mirzəliyeva Ayan Azər qızını və 2015-ci il təvəllüdlü Mirzəliyeva Solmaz Anar qızını vurub.
Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.