Sabirabadda iki maşın toqquşdu

Sabirabadda iki avtomobil toqquşub, xəsarət alan var.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Kovlar kəndində qeydə alınıb.
Qəza nəticəsində rayonun Kovlar kənd sakini, 1966-cı il təvəllüdlü Abbasov Bala Həmid oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
O, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardımdan sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma aparılır (report).