iki avtomobil toqquşdu, YARALILAR VAR

Tovuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Redaktor.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1969-cu il təvəllüdlü N.Əsədova, 1978-ci il təvəllüdlü İsrail Əliyev və 1987-ci il təvəllüdlü Z.Qasımov müxtəlif bədən xəsarətləri alıblar.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.