Sumqayıtda piyadanı maşın vurdu

Sumqayıtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində baş verib.
Yolu keçmək istəyən piyada 2004-cü il təvəllüdlü Allahverdi Mübariz oğlu Səmədzadəni avtomobil vurub.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır (apa).