Bakıda kişi qadını aldadıb özünə pul köçürtdü

Yasamal rayonu ərazisində naməlum şəxsin bir qadını aldadaraq hesabına 225 manat ödətdirməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən O.Səlimzadə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.