Deputatlığa namizədin avtomobilini əzdilər - FOTO

 13:03 18.08.2024     341

Xətai rayon 35 saylı üçüncü seçki dairəsindən deputatlığa namizəd Bakir Həsənbəylinin avtomobili vurulub.

Redaktor.az xəbər verir ki, o, bu barədə özünün feysbuk hesabında yazıb.

"Səhəri xoş olmayan "sürprizlə" qarşıladım. Yaşadığım Xətai rayon Cavanşir küçəsi ev 27A-nın həyətində idarə etdiyim avtomobili əziblər. Nəticədə mənə maddi ziyan dəyib. Onu da qeyd edim ki, Xətai rayon 35 saylı üçüncü seçki dairəsindən deputatlığa namizədəm və kifayət qədər aktiv təbliğat - təşviqat kampaniyası aparıram. Hadisə ilə bağlı hər hansı versiyam yoxdur. Bu iş Daxili İşlər nazirliyinin səlahiyyətləri çərçivəsindədir. Bir az sonra aidiyyəti üzrə Xətai rayon polis idarəsinə rəsmi müraciət edəcəm", - deyə B.Həsənbəyli bildirib.

Qeyd edək ki, deputatlığa namizəd əzilə avtomobilin görüntülərini də paylaşıb.

Turan İSMAYIL

22