Xəzərdə zəlzələ oldu
Lənkəran stansiyasından 78 km şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə AMEA nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yerli vaxtla saat 21.03-də baş verən zəlzələnin maqnitudası 3,8, zəlzələ ocağının dərinliyi 38 km olub.