Xocalının keçmiş prokuroru vəfat ETDİ

 11:10 21.08.2024     225

Xocalı soyqırımı zamanı rayonun prokuroru işləmiş Atakişi Atakişiyev vəfat edib.

Redaktor.az xəbər verir ki, 40 ilə yaxın prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş A.Atakişiyev ötən gün dünyasını dəyişib. O, İmişli rayonunda dəfn ediləcək.

Qeyd edək ki, üç ilə yaxın Xocalının prokuroru işləmiş Atakişi Atakişiyev soyqırımıdan bir neçə gün əvvəl o vaxtkı dövlət rəhbəri Ayaz Mütəllibova vurduğu teleqramla gündəmə gəlmişdi.