Ana və körpə doğuş zamanı öldü - TƏBİB-dən açıqlama - YENİLƏNİB

 15:06 22.08.2024     388

Ötən gün 2000-ci il təvəllüdlü Quba rayonu sakini hamiləlik 38 həftə, uşaqlıq üzərində çapıq diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzinə yerləşdirilib.

TƏBİB-dən bildirilib ki, müayinələr aparıldıqdan sonra uşaqlıq üzərində çapıq və başlamış doğuş fəaliyyətini nəzərə alınaraq təkrar keysəriyyə kəsiyi əməliyyatı həyata keçirilib.

Qeyd olunub ki, saat 13:55-də spinal anesteziya tətbiq olunan zaman anada anafilaktik şok əlamətləri müşahidə olunub: "Göstərilən tam həcmli intensiv reanimasion tədbirlərə baxmayaraq, ana və bətnindəki körpənin həmin gün saat 15:00 radələrində ölüm faktı qeydə alınıb".

***

12:59

Quba Regional Perinatal Mərkəzində doğuş zamanı ana və körpəsi ölüb.

Redaktor.az xəbər verir ki, Xaçmaz rayonunun Hülövlu kənd sakini 2000-ci il təvəllüdlü Nəsirova Samirə Bəhruz qızı doğuş üçün Quba Regional Perinatal Mərkəzə gətirilib. Əməliyyat zamanı o və dünyana gələn köprəsi dünyasını dəyişib. Bu, S.Nəsirovanın ikinci hamiləliyi olub, onun 3 yaşında daha bir övladı var.

Faktla bağlı araşdırma aparılır.