Avtomobil hasara çırpıldı: ÖLƏN VAR

Masallıda avtomobil hasara çırpılıb.
Redaktor.az xəbər verir ki, 1989-cu il təvəllüdlü Rəşid Məmmədov "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək hasara çırpılıb.
Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.