“Real”da ciddi İTKİ

 21:43 23.08.2024     227

İspaniyanın “Real” klubunun futbolçusu Cud Bellinqem zədələnib.

Redaktor.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bu gün aparılan testlərdən sonra yarımmüdafiəçinin sağ ayağının əzələsində problem aşkarlanıb.

Ölkə çempionu ingiltərəli oyunçunun yaşıl meydanlarına nə vaxt qayıdacağını açıqlamasa da, Bellinqemin təxminən bir aydan sonra meydana çıxa biləcəyi gözlənilir.