Zaqatalada 4 yaşlı uşağı motosiklet VURUB

 22:11 23.08.2024     397

Zaqatalada 4 yaşlı uşağı motosiklet vurub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saat 20 radələrində rayonun Danaçı kəndi ərazisində baş verib.

Danaçı kənd sakini 2020-ci il təvəllüdlü Emilya Rəsul qızı İsayevanı motosklet vurub.

Azyaşlı, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korposuna yerləşdirlib. E. İsayevanın xəsarətinin yüngül olduğu bildirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən