Bakıda qəza oldu - xəsarət alan var

Bakının Nizami rayonunda 25 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Redaktor.az "Report"a istinadla xəbər verir ki, 1999-cu il təvəllüdlü Xudatov Əmrah Kamal oğlunun idarə etdiyi motosiklet yol kənarındakı maneəyə çırpılıb.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.