Qardaş qardaşı BIÇAQLADI

Sumqayıtda qardaş qardaşı bıçaqlayıb.
Redaktor.az verir ki, hadisə şəhərin 1-ci məhəlləsində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Cabbarov Səxavət Nəbi oğlu münaqişə zəminində qardaşı, 1971-ci il təvəllüdlü Cabbarov Elşən Nəbi oğluna bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.