Bərdədə 22 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB-2

 23:39 27.08.2024     548

Saat 22 radələrində Bərdə rayonu ərazisində 2000-ci il təvəllüdlü Bəhmən Hüseynovun aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə Rayon Prokurorluğundan Redaktor.az-a verilən məlumata görə, araşdırma zamanı 2008-ci il təvəllüdlü Mirsaleh Hüseynovun aralarında yaranmış mubahisə zamanı Bəhmən Hüseynova bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinin istintaqı aparılır. M.Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.

23:09

Bərdədə qətli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Hüseynov Mirsaleh Firdovsi oğlu saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, saat 21 radələrində rayonu ərazisindəki qəbristanlıqda 2002-ci il təvəllüdlü Hüseynov Bəhmən Bəxtiyar oğlu kəsici alətlə qətlə yetirilib.

22:24

Saat 21 radələrində Bərdə rayonunun ərazisindəki qəbristanlıqda 2002-ci il təvəllüdlü Hüseynov Bəhmən Bəxtiyar oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Redaktor.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.