Culfada maşın dərəyə aşdı - 23 yaşlı gənc YARALANDI

Culfa rayonu ərazisində avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Ərəzin kəndi ərazisində qeydə alınıb.
72-BF-803 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin aşması nəticəsində Culfa rayon Qazancı kənd sakini, 2001-ci il təvəllüdlü Aslanov Ağayar Mehman oğlu xəsarət alıb.
Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən gəncin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qəzanın baş verməsinə səbəb isə sürücünün idarəetməni itirməsi olub.
Faktla bağlı araşdırma aparılır.