Göygöldə 4 nəfər dərmandan zəhərləndi, 1 nəfər öldü - YENİLƏNİB

 14:17 30.08.2024     474

Göygöl rayonunda kimyəvi maddədən zəhərlənmə olub, ölən var.

Redaktor.az xəbər verir ki, hadisə Balçılı kəndində qeydə alınıb.

İlkin ehtimala görə, beş nəfər - 3 uşaq, 1 qadın (nənələri) başlarını mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparatla yumaları səbəbindən zəhərlənib.

Nəticədə bir uşaq hadisə yerində ölüb. Digərləri Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2022-ci ildə Göygöl rayonunda dörd qız saçlarında bit olması səbəbindən "Niastol" preparatını saçlarına vurduqları üçün zəhərlənmişdilər.