Bakıda obyekt yanır - yollar bağlandı - FOTO

Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verir.
Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
DİN-in Mətbuat xidmətindən saytımıza verilən məlumata görə, Suraxanı rayonu, “Əfsun” şadlıq sarayının yaxınlığında baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi- Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

