Qazaxda yol-nəqliyyat hadisələrində 5 nəfər xəsarət ALDI

Qazax rayonunda iki yol-nəqliyyat hadisəsi olub, 5 nəfər xəsarət alıb.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, qəzalardan biri Daş Salahlı kəndində yaşlı piyadanı avtomobil vurub. Müxtəlif xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb.
Digər yol-nəqliyyat hadisəsi isə Qazax şəhərində, bazarın yaxınlığında qeydə alınıb. Avtomobilin maneəyə çırpılması nəticəsində 4 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.