Bu ərazilərdə xeyli sayda silah-sursat aşkarlandı

 12:36 31.08.2024     250

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

Həyata keçirilən tədbirlərlə 25-30 avqust tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 20 avtomat silahı, 3 tapança, 7 tüfəng, 22 qumbara, 16 alışdırıcı, 7 mərmi, 6 süngü-bıçaq, 78 patron darağı, 4707 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocalı rayonu ərazisindən 3 avtomat, 1 pulemyot, 5 patron darağı, 1 qumbara və 655 ədəd patron, Xocavənd rayonu ərazisindən isə 2 avtomat silahı, 1 pulemyot, 1 tüfəng, 1 qumbaraatan, 572 müxtəlif çaplı patron və digər sursatlar aşkar edilərək götürülüb.