İctimai nəqliyyatda qeyri-etik hərəkətlər edən şəxs həbs EDİLDİ

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ictimai nəqliyyatda qeyri-etik hərəkət edən şəxsin kimliyi müəyyən edilib.
Bu barədə Redaktor.az-a DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
O bildirib ki, şəhər sakini N. Həsənov barəsində toplanılmış material aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə 10 sutka müddətinə inzibati qaydada həbs edilib