Zaqatalada yol qəzasında xəsarət alan beş nəfərin kimliyi məlum oldu - FOTO - YENİLƏNİB

 23:46 31.08.2024     313

Zaqatalada baş verən yol qəzasında xəsarət alanlardan 4-ü bir ailənin üzvüdür.

Redaktor.az APA-ya istinadən xəbər verir ki,onlar rayonun Aşağı tala kənd sakinləri - 1962-ci il təvəllüdlü Cəlil İspəndiyar oğlu Abbasov, 1964-cü il təvəllüdlü Sevda İsmayıl qızı Abbasova, 2017-ci il təvəllüdlü Enes Vüqar oğlu Abbasov və 2009-cu il təvəllüdlü Tuncay Tural oğlu Balayevdir.

Beşinci xəsarət alan şəxs isə rayonun Kürdəmir kənd sakini 1995-ci il təvəllüdlü Elçin Çingiz oğlu Ramizlidir.

***

20:49

Zaqatalada iki minik avtomobili toqquşub, 5 nəfər xəsarət alıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saat 20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Mercedes” markalı və “BMW” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıbl.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdiriliblər.

Hazırda yaralılara yardım göstərilir və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

22
Vumart və Güvən reklamı Vumart Güvən