Tovuzda yol-nəqliyyat hadisəsi olub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

 23:17 02.09.2024     472

Tovuzda yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, 2 avtomobilin toqquşması və qəzaya toplaşan piyadaların avtomobillə vurulması nəticəsində 1991-ci il təvəllüdlü F.Tağıyev, 1992-ci il təvəllüdlü R.Həsənov, 1991-ci il təvəllüdlü C.Əliyev və 1984-cü il təvəllüdlü S.Mehdiyev xəsarət alıblar.

Qeyd edək ki, 2 avtomobilin toqquşması nəticəsində xəsarət alan Gəncə şəhərində yerləşən xəstəxanlardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

***

21:28

Tovuz rayonunun Düz Cırdaxan kəndində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, avtomobillərin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb. Qəza baş vermiş ərazidə digər avtomobil isə piyadaları vurub. Hadisə nəticəsində bir neçə piyada xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən