Ağstafada avtomobil qəzası oldu, xəsarət alanlar var - YENİLƏNİB

 22:26 02.09.2024     372

Ağstafada yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, Ağstafa şəhərində, yanacaqdoldurma məntəqələrinin birinin qarşısında 2 avtomobilin toqquşması nəticəsində, 1994-cü il təvəllüdlü X.Rızayev və 2001-ci il təvəllüdlü Ü.Salmanov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

21:38

Ağstafa şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, avtomobil qəzası nəticəsində 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisəsinin təfərrüatları və zərərçəkənlərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən