Son iki ayda suda boğulanların sayı AÇIQLANDI

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu ilin iyul və avqust ayları ərzində Bakı şəhəri üzrə suda boğulma hadisəsi ilə bağlı 38 nəfərin müraciəti qeydə alınıb.
Bu barədə Redaktor.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
“Onlardan 16 nəfər xəstəxanaya təxliyə olunub. 6 nəfərə yerində yardım göstərilib. 15 nəfərin həkiməqədər ölüm faktı, 1 nəfərin isə yardımdan imtinası qeydə alınıb. Suda boğulanlardan 32-si kişi, 6-sı qadın olub”,- məlumatda bildirilib.