Avtomobil işıq dirəyinə çırpıldı: yaralılar var

İmişli rayonunda minik avtomobilinin işıq dirəyinə çırpılması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə bu gün saat 18 radələrində İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Cavadxanlı kəndi ərazisində qeydə alınıb. “VAZ-21015” markalı minik avtomobili idarəetmədən çıxaraq dirəyə çırpılıb. Hadisə zamanı xəsarət alan iki nəfər - Abbasov Ümüd Namiq oğlu və Fətullayev Orxan Vüqar oğlu İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.