Separatçılarla bağlı cinayət işinin istintaqı başa çatdı

 10:41 05.09.2024     181

Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğalından sonra yaradılmış qondarma qurumun separatçı rəhbərlərinin barəsində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək.

Redaktor.az xəbər verir ki, bunu Rusiyada Şərq İqtisadi Forumunda iştirakla bağlı səfərdə olan Azərbaycanın baş prokuroru Kamran Əliyev news.ru-ya müsahibəsində deyib.

Baş prokuror, separatçılarla bağlı cinayət işi üzrə istintaqın başa çatdığını bildirib, cinayət işi materiallarının baxılması üçün yaxın vaxtlarda məhkəməyə göndəriləcəyini bildirib.