Şəkidə 67 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü

 10:35 06.09.2024     240

Şəkidə 67 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Redaktor.az APA-a istinadən xəbər verir ki, hadisə rayonun Oxud kəndində baş verib. Kənd sakini 1957-ci il təvəllüdlü Ramiz Oruc oğlu Məcidov yaşadığı ünvanda tövlənin çardağından yıxılıb. Ağır xəsarət alan R. Məcidov hadisə yerində ölüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən