“Bağırov” tunelinin çıxışında qəza: sıxlıq yarandı

Heydər Əliyev prospekti, “Bağırov” tunelinin çıxışında yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Redaktor.az-a verilən məlumata görə, qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.
Avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə işlər görülür.