Göyçayda bir ailənin 4 üzvü qidadan ZƏHƏRLƏNDİ

 19:40 06.09.2024     224

Goyçayda bir ailənin 4 üzvü qidadan zəhərlənib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, Göyçayın Xəlitli kənd sakinləri - Əhmədova Malikə (1990-cı il təvəllüdlü), Əhmədova Sədaqət (1958), Əhmədov Turan (2014) və Əhmədzadə Zərinə (2018) zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, ailə üzvləri lavaşdan zəhərləndiklərini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.