Goranboyda avtomobillər toqquşdu - Xəsarət alanlar var

Goranboy rayonunda kiçik tutumlu yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alanlar var.
Redaktor.az "Report"a istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində 1982-ci il təvəllüdlü T.Məmmədova və 1984-cü il təvəllüdlü A.Tağıyev xəsarət alıb.
Onlardan T.Məmmədova xəstəxanaya çatdırılıb, A.Tağıyev isə ambulator müalicə alıb və xəstəxanaya getməkdən imtina edib.
Faktla bağlı araşdırma aparılır.