Mahir Xəttab azadlığa BURAXILDI

Həbsdə olan sayt rəhbəri Mahir Ələkbərov (Mahir Xəttab) azadlığa buraxılıb.
Redaktor.az xəbər verir ki, M.Xəttaba təyin olunmuş azadlıqdan məhrum etmə cəzası başa çatıb.
O bu gün səhər cəzaçəkmə müəsisəsindən buraxılıb.
Qeyd edək ki, Mahir Xəttab 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
İttihama görə, o, YAP Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün onunla görüşərək görüntülərin silinməsi məqsədilə 2 min manat vəsaitini hədə-qorxu ilə alıb.
Onun azadlığa çıxması ilə bağlı ilk məlumatı TNS saytı yayıb.