Tələbə binadan yıxılıb öldü

Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayonda qeydə alınıb.
2003-cü il təvəllüdlü Fuad Şirin oğlu İsmayılov yaşadıqları binanın 7-ci mərtəbəsindən yıxılaraq vəfat edib.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
F. İsmayılov universitet tələbəsi olub.
Fakt araşdırılır.