Bakıda avtobus piyadanı vurub ÖLDÜRDÜ

Bakı şəhər Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, dünən saat 22:20 radələrində 1962-ci il təvəllüdlü Akif Ələkbərli idarə etdiyi 46 saylı marşrut xətti üzrə “Daewoo” markalı avtobusla yolu keçən piyadanı vurub. Nəticədə 1971-ci il təvəllüdlü Elmidar Kazım oğlu Xudiyev aldığı ağır xəsarətlərdən vəfat edib.
Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.