Bakı-Sumqayıt yolunda yanğın - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı-Sumqayıt yolunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN-dən Redaktor.az-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
***
14:42
Bakı-Sumqaylt yolunda yanğın başlayıb.
Redaktor.az xəbər verir ki, yanğın yolun Abşeron rayonundan keçən hissəsində, açıq ərazidə qeydə alınıb.
Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub.