Goranboyda ev yandı - xəsarət alan var

 18:28 10.09.2024     547

Goranboy rayonunun Buzluq kəndində yanğın olub.

Redaktor.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 210 m² olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 105 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi və bitişik tövlə yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.