68 yaşlı kişi qoz ağacından yıxılıb öldü

Şəki rayonunda 68 yaşlı kişi qoz ağacından yıxılaraq ölüb.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Qudula kəndində baş verib.
Kənd sakini, 1956-cı il təvəllüdlü Nəşad Nizaməddin oğlu Cumayev kənd ərazisində qoz ağacından yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.