Gəncədə sirkə turşusu içən kişi xəstəxanada ÖLDÜ

 21:58 10.09.2024     169

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü C.Əliyev evdə sirkə turşusu içərək zəhərlənib.

53 yaşlı kişi xəstəxanaya çatdırılsa da, həkimlərin səyi C.Əliyevin həyatını xilas etmək üçün yetərli olmayıb.

Mərhumun hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.