Həbsxanada ərini ziyarətə gələn qadına təcavüz ETDİLƏR

 23:03 10.09.2024     166

ABŞ-ın Kaliforniya ştatında həbsxanada ərini ziyarət etməzdən əvvəl təhlükəsizlik qüvvələrinin axtarışı zamanı onlar tərəfindən cinsi təcavüzə məruz qaldığını iddia edən qadın məhkəməyə müraciət edib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, vəkilləri Kristina Kardenasın 6 sentyabr 2019-cu ildə Kaliforniyada həbsxanada ərini ziyarət edərkən baş verən hadisənin məhkəmə prosesi ilə bağlı açıqlama verib.

Açıqlamada həbsxana ziyarətindən əvvəl paltarı soyundurularaq təhlükəsizlik qüvvələri tərəfindən üstündə axtarış aparılan Kardenasın bu proses zamanı cinsi təcavüzə məruz qaldığı səbəbi ilə məhkəməyə müraciət etdiyi deyilib.

Vəkillər qeyd edib ki, əgər rentgen müayinəsində şəxsin üstündə yad cisim aşkar  edilərsə, ondan sonra şəxs paltarlarını soyunmalı və üstündə axtarış aparılmalıdır. Lakin Kardenasın üstündə rentgen müayinəsi zamanı heç bir yad cismin aşkar edilmədiyi vurğulanıb.

Açıqlamada qeyd olunub ki, məhkəmə çəkişməsi nəticəsində Kardenasa 5,6 milyon dollar təzminat ödənilməsiylə bağlı qərar çıxarılıb.

Vasif