Vətən müharibəsi qazisi vəfat ETDİ

Vətən müharibəsi qazisi Zaur Hacıbala oğlu Həsənov vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat veriblər.
Qeyd edək ki, 1974-cü il təvəllüdlü baş-leytenant uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
O, Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.