Lənkəranda 43 yaşlı kişi BIÇAQLANDI

 23:21 11.09.2024     244

Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki,  hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran şəhər sakini 1981-ci il təvəllüdlü Şahin Vilayət oğlu Əsgərov döş qəfəsinin sol tərəfinin deşilmiş-kəsilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Əməliyyata alınan Ş.Əsgərovun vəziyyəti ağır qiymətləndirilir. Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən