Azərbaycanda 26 yaşlı qız özünü ov tüfəngi ilə GÜLLƏLƏDİ

 12:14 12.09.2024     251

Sentyabrın 11-i saat 13 radələrində Ağcabədi rayonunda intihar hadisəsi baş verib.

Redaktor.az publika.az-a istinadla xəbər verir ki, 1998-ci il təvəllüdlü Ülviyyə Zakir qızı Baxşəlizadə yaşadığı Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi ərazisində evdə ov tüfəngindən atəş açaraq özünə xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən Ü. Baxşəlizadə orada ölüb.

Hadisə yerindən müvafiq sənədləri olmayan bir ədəd ov tüfəngi götürülüb.

Araşdırma aparılır.