Mərc oyunlarına qurşanan kişinin meyiti TAPILDI

 14:13 13.09.2024     178

Göyçay şəhərində intihar hadisəsi baş verib.

Redaktor.az qafqazinfo.az-a istinadla xəbər verir ki, şəhər sakini 1987-ci il təvəllüdlü Pünhan Hacıyevin bu gün səhər saatlarında asılı vəziyyətdə meyiti yaşadığı evin qonşuluğunda ailəsinə məxsus tikilidə tapılıb.

Onun son zamanlar mərc oyunları oynadığı və xeyli borcunun yarandığı bildirilib.

İntiharın da bu səbəbdən baş verməsi ehtimal edilir.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.