Sərxoş sürücü iki qızı vurub öldürdü

 23:43 13.09.2024     222

Çuvaşiyada sərxoş sürücünün idarə etdiyi avtomobil iki azyaşlı qızı vurub, hər ikisi ölüb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə respublikanın hüquq-mühafizə orqanlarından məlumat verilib.

“Maşın iki azyaşlı qızı vurub”, - deyə agentliyin həmsöhbəti bildirib.

Respublika Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, qəza sentyabrın 13-də Moskva vaxtı ilə saat 19:30 radələrində İbresinski bələdiyyə rayonunun Novı Vıslı və Xormalı kəndi arasındakı yolda baş verib. İlkin məlumata görə, “Hyundai Accent” markalı avtomobilin sürücüsü yolda gedən azyaşlı qızları vurub.

Prokurorluğun məlumatına görə, ilkin tibbi ekspertiza sürücünün sərxoş olduğunu təsdiqləyib. İbresinski Rayon Prokurorluğu yetkinlik yaşına çatmayanların iştirakı ilə baş vermiş bədbəxt hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmasını nəzarətə götürüb. Rayon prokuroru Nikita Krasnov hadisə yerinə gedib.

Daxili İşlər Nazirliyinin Çuvaşiya üzrə "Teleqram" kanalında qeyd edilib ki, ölən qızlar 2008 və 2009-cu il təvəllüdlüdür. İlkin məlumata görə, azyaşlılar avtomobilin hərəkət istiqamətində yolun kənarında dayanıblar. Hadisə yerində Dövlət Yol Müfəttişliyinin əməkdaşları işləyir, qəzanın təfərrüatları dəqiqləşdirilir.

Turan İSMAYIL