Şəmkirdə qadını maşın vuraraq ÖLDÜRDÜ

 23:57 14.09.2024     219

Şəmkirdə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonda yerləşən marketlərdən birinin qarşısında qeydə alınıb.

Hərəkətdə olan "Hyundai" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1960-cı il təvəllüdlü Z.Səmədzadəni vurub. Qadın xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Qeyd edək ki, mərhum Şəmkir Mərkəzi Rayon Xəstəxanasında həkim vəzifəsində çalışıb.

Faktla bağlı araşdırma aparılır.