Goradildə ağır qəza: Ölən var

Goradil qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası olub.
Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, Abşeron rayonu, Goradil qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat qəzası zamanı 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.
FHN-nin xilasediciləri tərəfindən həmin 1 nəfərin meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.