Goranboyda ev yandı, 6 aylıq körpə xəsarət aldı - FOTO - YENİLƏNİB

Goranboyda baş verən yanğında 6 aylıq körpə yanıq xəsarətləri alıb.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, yanıq xəsarətləri alan 2024-cü il təvəllüdlü Ö.Mammedovdur.
Körpənin vəziyyəti ağır olduğundan Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.
***
18:11
Goranboy rayonunun Veyisli kəndində ümumi sahəsi 95 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları 20 m² sahədə yanıb.
Redaktor.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.






