Şəhid xanımı uşaqları ilə qəzaya düşdü - Səbəb olan maşın qaçdı
Ələt-Astara magistralında yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə magistralın Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, Gülnar Abdullayevaya məxsus 77 RY 052 nömrəli “Hyundai-Sonata” markalı avtomobil idarəetmədən çıxaraq yolayırıcı dəmir məhəccərə çırpılıb.
Məlumata görə, xanım sürücü hərəkətdə olarkən ötmə əməliyyatı aparan digər avtomobil tərəfindən vurulub.
Qəza vəziyyətini yaradan nəqliyyat vasitəsi hadisə yerində uzaqlaşıb.
Qeyd edək ki, xanım sürücü Vətən müharibəsi şəhidi Rəşad Abdullayevin həyat yoldaşıdır.
Hadisə zamanı maşında onun 3 uşağı və qadın qohumu olub. Onlar yüngül xəsarətlər alıblar və hadisə yerinə gələn təcili yardım bölməsi tərəfindən ilkin yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.